Xəbər lenti

Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq
İdman09:00 25.11.2026

Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakıda futbol azarkeşlərinin diqqəti UEFA Çempionlar Liqasının növbəti oyununa yönələcək. Azərbaycanın "Sabah" klubu turnirin liqa mərhələsinin V turunda İspaniyanın məşhur "Barselona" komandası ilə qarşılaşacaq.

Qaynarinfo xəbər verir ki, qarşılaşma noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Görüşün start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi – V tur

25 noyabr

21:45 - "Sabah" - "Barselona"

Qeyd edək ki, "Sabah" komandası turnirin ilk dörd turundan sonra 3 xal toplayaraq turnir cədvəlinin 31-ci pilləsində qərarlaşıb.