Xəbər lenti

"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
İdman20:58 24.11.2026

"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ" sabiq legionerini yenidən heyətinə qatmaqda maraqlıdır.

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi hazırda Rusiyanın "Axmat" klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Julio Romaonu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırır.

Lakin 28 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi ilə bağlı tərəflərin razılığa gəlib-gəlməyəcəyi hələlik dəqiq deyil.

Qeyd edək ki, Romaonun Qroznı təmsilçisi ilə müqaviləsi 2028/29 mövsümünün sonuna qədər qüvvədədir.

O, 2022-2025-ci illər aralığında "Qarabağ"ın formasını geyinib. (Offsideplus.az)