Xəbər lenti

Hikmət Çətin vəfat edib
Ölkə19:22 24.11.2026

Hikmət Çətin vəfat edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə siyasətinin tanınmış simalarından, Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, keçmiş xarici işlər naziri və parlament sədri Hikmət Çətin 89 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, 1937-ci ildə Diyarbəkirin Lice rayonunda anadan olan Hikmət Çətin Ankara Universitetinin Siyasi Elmlər fakültəsini bitirib. Dövlət Planlaşdırma Təşkilatında müxtəlif vəzifələrdə çalışdıqdan sonra siyasətə gələn Çətin Türkiyənin baş nazirinin müavini, xarici işlər naziri və Böyük Millət Məclisinin sədri vəzifələrini tutub.

O, 18 fevral 1995-ci ildən 9 sentyabr 1995-ci ilədək Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri olub.