Xəbər lenti

Məhkəmə Vüqar Oruca verilən töhməti ləğv etdi
Ekonomiks15:45 24.11.2026

Məhkəmə Vüqar Oruca verilən töhməti ləğv etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruca Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən verilmiş töhmət məhkəmə qərarı ilə ləğv edilib.

Qaynarinfo xəbər verir ki, Vüqar Oruc barəsində tətbiq olunan intizam tənbehi ilə razılaşmayaraq məhkəməyə müraciət edib. Araşdırma nəticəsində məhkəmə töhmətin qanunsuz olduğu qənaətinə gəlib və onun ləğvi barədə qərar çıxarıb.

Məhkəmə prosesində AQC sədrinin hüquqlarını cəmiyyətin Hüquq Departamentinin rəhbəri, vəkil Fuad Məmmədov müdafiə edib.

AQC-nin məlumatına görə, hazırda Palatanın digər üç üzvü – aktiv fəaliyyət göstərən şirkət rəhbərləri ilə bağlı tətbiq olunmuş intizam tədbirlərindən verilən şikayətlər üzrə də məhkəmə prosesləri davam edir.