Xəbər lenti

Londonda bazarında portağal yeşiklərində 893 kiloqram kokain tapıldı
Dünya14:44 24.11.2026

Londonda bazarında portağal yeşiklərində 893 kiloqram kokain tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük Britaniyanın paytaxtı Londonda polis əməkdaşları portağal yeşiklərində gizlədilmiş 893 kiloqram kokain müsadirə ediblər. Əməliyyat narkotik qaçaqmalçılığına qarşı ölkə tarixində həyata keçirilən ən böyük tədbirlərdən biri kimi qiymətləndirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, xüsusi əməliyyat Londonun Leyton rayonunda yerləşən bazarda keçirilib. Polis əməkdaşları karton qutulardakı portağalları yoxlayarkən içərisində dördyarpaqlı yonca təsviri olan qara bağlamalar aşkar ediblər. Həmin bağlamalarda kokain gizlədildiyi müəyyənləşib.

Əməliyyat zamanı 27-58 yaş aralığında olan səkkiz nəfər saxlanılıb.

Polis həmçinin Londonun şimalında yerləşən Çeşant şəhərində evlərdən birində axtarış aparıb. Reyd zamanı cinayətlə əlaqəli olduğu ehtimal edilən 48 yaşlı kişi tutulub. Onun üzərindən və ya evindən 450 min funt sterlinq nağd pul götürülüb.

Müsadirə olunan kokainin ümumi çəkisi 893 kiloqram təşkil edib. 

Narkotiklərin daşınması zamanı meyvə yeşiklərindən istifadə edilməsi qaçaqmalçıların yükü adi məhsul kimi göstərərək gizlətmək cəhdinin bir hissəsi olub.

Aydın