Xəbər lenti

Umarali Raxmonaliyev: "Barselona" ilə oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik"
İdman18:32 24.11.2026

Umarali Raxmonaliyev: "Barselona" ilə oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sabah" "Barselona" ilə oyunda əlindən gələnin ən yaxşısını edəcək".

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu "Sabah" klubunun futbolçusu Umarali Raxmonaliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi "Barselona"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Yarımmüdafiəçi rəqibə qarşı layiqli mübarizə aparmaq istədiklərini söyləyib:

"Mənim üçün burada Özbəkistandan gələn jurnalistləri görmək sevindirici haldır. Sabah çox maraqlı görüş olacaq. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək".

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.