Xəbər lenti

UEFA “Sabah”ın futbolçusuna cəza verdi
İdman19:28 23.11.2026

UEFA “Sabah”ın futbolçusuna cəza verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” və “Vilyarreal”la keçirəcəyi oyunlarda müdafiəçisi Eyden Makkartinin xidmətindən yararlana bilməyəcək.

Qaynarinfo xəbər verir ki, UEFA cənubi afrikalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib.

Cəzaya səbəb Makkartinin Çempionlar Liqasının 4-cü turunda Norveçdə “Vikinq”lə görüş zamanı rəqib futbolçuya zərbə endirərək qırmızı vərəqə almasıdır.

Beləliklə, mərkəz müdafiəçisi “Sabah”ın Çempionlar Liqasındakı növbəti iki qarşılaşmasını buraxacaq.

Qeyd edək ki, “Sabah” noyabrın 25-də Bakıda “Barselona”nı qəbul edəcək.