Xəbər lenti

Azərbaycan voleybol millisi EEVZA-da çıxışını başa vurdu
İdman22:06 22.11.2026

Azərbaycan voleybol millisi EEVZA-da çıxışını başa vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

On altı yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan milli komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatının 1-ci təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası – EEVZA) iştirak edib.

Qaynarinfo xəbər verir ki, B qrupunda Latviya və Finlandiya yığmaları ilə qarşılaşan milli hər iki oyunda məğlub olub.

A qrupunda Polşa, Estoniya və Ukrayna seçmələri mübarizə aparıblar. Beşinci yer uğrunda görüşdə Ukrayna ilə qarşılaşan yığma rəqibini 3:0 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.

Çempionatın finalında Polşa Latviyanı 3:0 hesabı ilə məğlub edərək EEVZA çempionu olub. Bununla da Polşa yığması 2027-ci ildə keçiriləcək U-16 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.