
Azərbaycanda saat 19:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
Cənub-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Kəlbəcər və Şahdağda 20, Qobustanda 19, Xınalıqda 18, Xızıda 17 m/s-dək güclənir.