Xəbər lenti

Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Ölkə23:24 24.11.2026

Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yardımlıda məktəblinin meyiti tapılıb.

Qaynarinfo xəbər verir ki, hadisə rayonun Gendərə kəndində baş verib.

Belə ki, ikinci sinif şagirdi Ə.Q. məktəbdən evə qayıtmayıb. Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb. Lakin axtarışlar zamanı məktəblinin meyiti kənddəki körpünün altında aşkarlanıb.

İlkin ehtimala görə, Ə.Q. körpüdən yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırır.