Xəbər lenti

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Ölkə22:49 24.11.2026

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

Bu barədə Qaynarinfo-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığında deyilir: "Eskişehir şəhərində AS-532 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində beş nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".