Xəbər lenti

Türkiyədə hərbi helikopter qəzaya uğradı
Ölkə21:52 24.11.2026

Türkiyədə hərbi helikopter qəzaya uğradı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən helikopter qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinə məxsus, təlim tapşırığı üçün Eskişehirdən havaya qalxan AS-532 tipli helikopter qəza edib.

Nazirlikdən verilən məlumata görə, helikopterin qalıqlarının yeri müəyyən edilib və hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.