
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turuna start verilib.
Qaynarinfo xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu İstanbulda İngiltərənin “Aston Villa” komandasını 1:0 hesabı ilə məğlub edib.
“RAMS Park” stadionunda keçirilən qarşılaşmanın taleyini 77-ci dəqiqədə Deniz Gülün vurduğu qol həll edib.
Bu nəticədən sonra hər iki komandanın aktivində doqquz xal var. "Aston Villa" turnir cədvəlində yeddinci, "Qalatasaray" isə 13-cüdür.
Növbəti turda “Qalatasaray” Yunanıstanın AEK klubu, “Aston Villa” isə Fransa PSJ-si ilə qarşılaşacaq. Hər iki görüş dekabrın 8-də keçiriləcək.
Günün digər qarşılaşmasında Norveçin “Budo-Qlimt” klubu Avstriyanın LASK komandasına 1:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərinə qələbə qazandıran qolu 90+2-ci dəqiqədə Andreas Helmersen vurub.
Bu nəticədən sonra “Budo-Qlimt”in xalı yeddiyə yüksəlib, LASK isə altı xalda qalıb.