
Cəlilabad rayonunda içməli su təchizatında fasilə yaranıb.
Qaynarinfo xəbər verir ki, rayonun Uzuntəpə kəndi ərazisindən keçən 110 mm-lik magistral içməli su xəttində qəza baş verib.
Bu səbəbdən rayonun bir hissəsinə suyun verilişi dayandırılıb.
Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.