Xəbər lenti

Gənclər Liqası: "Barselona" "Sabah"a 7 qol vurdu
İdman17:02 25.11.2026

Gənclər Liqası: "Barselona" "Sabah"a 7 qol vurdu

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sabah" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.

Qaynarinfo-nun məlumatına görə, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda İspaniya təmsilçisi "Barselona"nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

"Bank Respublika Arena"dakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 0:7.

Xatırladaq ki, əvvəlki dörd matçın hamısında məğlub olan U-19 sonuncu 36-cı pillədə qərarlaşıb.