Xəbər lenti

DSMF-lə sahibkar arasında 320 min manatlıq icarə müqaviləsi
Ekonomiks14:44 25.11.2026

DSMF-lə sahibkar arasında 320 min manatlıq icarə müqaviləsi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Sosial Müdafiə Fondu (DSMF) fərdi sahibkar Almaz Hacı qızı Hüseynova ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, Almaz Hüseynova DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzə keçirilən tenderin qalibi seçilib.

Bağlanacaq müqavilənin maliyyə dəyəri 320 600 manat təşkil edir.

Qurum bu məbləğə 2290 kv.metrlik ofis icarəyə götürəcək. İcarə müddəti barədə məlumat yoxdur.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, DSMF 2022 və 2023-cü illərdə də Almaz Hüseynova ilə satınalma müqavilələri imzalayıb. Həmin müqavilələr də Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması ilə əlaqədar olub.

Müqavilələrin ümumi maliyyə dəyəri 1 226 742 manat təşkil edib.

Almaz Hüseynova haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Seyid