Xəbər lenti

"Toylar kralı" mübahisəsi: Nadir Qafarzadə Manaf Ağayevə cavab verdi
Maqazin14:29 25.11.2026

"Toylar kralı" mübahisəsi: Nadir Qafarzadə Manaf Ağayevə cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şou-biznesdə bu dəfə “toylar kralı” titulu ətrafında mübahisə yaranıb.

Qaynarinfo xəbər verir ki, müzakirənin tərəfləri müğənnilər Nadir Qafarzadə və Manaf Ağayevdir.

Televiziya proqramlarından birində “Şou-biznesdə toylar kralı kimdir: Manaf Ağayev, yoxsa Nadir Qafarzadə?” sualı ilə sorğu keçirilib. Sorğuda iştirak edən şəxslərin əksəriyyəti Azərbaycan toylarında bu titulun Nadir Qafarzadəyə məxsus olduğunu bildirib. Bu nəticə isə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Nadir Qafarzadənin də münasibətini öyrəndik.

Sənətçi Qaynarinfo-ya açıqlamasında toy məclislərinin idarə olunmasının böyük məsuliyyət tələb etdiyini vurğulayıb:

“Məni bu ada layiq görənlərə təşəkkür edirəm. Nadir Qafarzadə toy sistemini bilir. Toy sistemi səhnə deyil, tamamilə başqa bir aləmdir. Nadir o ifaçılardandır ki, həm səhnəni, həm də toyu bilir. Məndə bu qabiliyyət var. Allah məni bu ada layiq görənlərə kömək olsun. Xalqımıza həmişə toy-nişan qismət eləsin. Heç kim boşanmasın, ailələr möhkəm olsun. Ailələrdə sevgi olsun, gənclər getdikləri yolda bir-birinə dəstək olsunlar”.

Bahar Rüstəmli