Xəbər lenti

"Bir bunu araşdırın da" - Samirə Yusifqızı qızı ilə bağlı xəbərə əsəbiləşdi
Maqazin14:00 25.11.2026

"Bir bunu araşdırın da" - Samirə Yusifqızı qızı ilə bağlı xəbərə əsəbiləşdi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Fərəh Samirənin ana olması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Sənətçi qucağında əkiz uşaqlarla çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Onun “Allah arzusunda olan hər kəsə belə şirin paylar qismət eləsin” sözləri izləyicilərin marağına səbəb olub. İzləyicilərin bir çoxu Fərəhi ana olması münasibətilə təbrik edib.

Müğənni-meyxanaçı Samirə Yusifqızı Qaynarinfo-ya açıqlamasında qızının ana olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O, Fərəhin ailə qurmadığını bildirib:

"Fərəhin qucağındakı əkiz uşaqlar əmimqızının övladlarıdır. Onlara gedəndə şəkil çəkdirib, paylaşıb. Bir bunu araşdırın da".

"Yaxın günlərdə ailənizdə hər hansı şad gün gözlənilirmi" sualına isə Samirə Yusifqızı belə cavab verib:

"Hələ yox".

Bahar Rüstəmli