Xəbər lenti

Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi
İdman23:50 25.11.2026

Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçda rəqibin itirəcəyi heç nə olmadığını bildirib.

Qaynarinfo xəbər verir ki, almaniyalı mütəxəssis bunu oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, qarşılaşmanın maraqlı keçdiyini və nəticədən razı qaldığını bildirib:

"Belə oyunlarda qalib gəlmək heç də asan deyil. Xüsusilə ona görə ki, ‘Sabah"ın itirəcəyi heç nə yox idi. Onlar yalnız sürpriz edə bilərdilər. Düşünürəm ki, matç ərzində topa sahibolma göstəricimiz 70 faizdən çox idi".

Flik komandasının yol verdiyi səhvlərdən narazı qaldığını da vurğulayıb:

"Narazı qaldığım yeganə məqam yol verdiyimiz səhvlərdir. Bunlar sadə səhvlər idi və belə halların qarşısını almalıyıq. İkinci hissədə qapımızda gördüyümüz qol da səhvdən qaynaqlandı. Bu, oynamaq istədiyimiz futbol deyil. Həmin çatışmazlıqları aradan qaldırmalıyıq".

Baş məşqçi ikinci hissənin əvvəlində komandasının yüksək intensivlik nümayiş etdirməsini və qısa müddətdə ardıcıl üç qol vurmasını müsbət məqam kimi qiymətləndirib.

Qeyd edək ki, "Sabah" – "Barselona" matçı İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.