Xəbər lenti

Premyer Liqa: "Sabah" komandası növbəti qələbəsini qazandı
İdman21:00 28.11.2026

Premyer Liqa: "Sabah" komandası növbəti qələbəsini qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sabah" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Qaynarinfo-nun məlumatına görə, Bakı təmsilçisi XIII turda "Araz-Naxçıvan"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0.

18-ci dəqiqədə Coy-Lens Mikels, 68-ci dəqiqədə Ksander Severina fərqləniblər.

Günün ilk görüşündə "Turan Tovuz" "Kəpəz"i məğlub edib - 2:1.

Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3:1), "Neftçi" evdə "Zirə"ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.