Xəbər lenti

Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar
Siyasət17:50 28.11.2026

Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan və Pakistanın ali məhkəmələri dekabrın 2-də iki ölkə arasında institusional əlaqələrin və məhkəmə əməkdaşlığının gücləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalayacaqlar.

"Report" "Islamabad Post"a istinadən xəbər verir ki, bu barədə hökumət nümayəndəsi bildirib.

İmzalama mərasimi İslamabadda baş tutacaq. Sənədi Pakistan Ali Məhkəməsinin sədri Yəhya Əfridi və Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov imzalayacaqlar.

Bəyanata əsasən, razılaşma iki ölkənin ali məhkəmə orqanları arasında institusional əlaqələrin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, habelə məhkəmə təcrübəsi, peşəkar biliklər və qabaqcıl təcrübə mübadiləsinə yönəlib.