
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu müğənnilərə toy mərasimlərində verilən “şabaş”la bağlı açıqlaması ilə gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, ifaçı toyda qonaqların müğənnilərə verdiyi “şabaş”ı əllərində saxlayan şəxsləri təhqir edərək onları “çuşka” adlandırıb.
Hüseyn Məhəmmədoğlu bu barədə sosial şəbəkədə paylaşım edib:
“Baxın və utanın! Toyda bir dənə 50, iki dənə 100 manatı əlinə alıb bütün zalı fırlanan görməmiş çuşkalar. Gördünüz Aygün Kazımovanı? Görməmişliyinizdən siz heç vaxt Aygün, Röya ola bilməyəcəksiniz. Bəziləri tez cibinə qoyur ki, birdən musiqiçi götürər. Bəziləri isə əlində tutub video çəkdirir”.
Qeyd edək ki, Xalq artisti Aygün Kazımova Moskvada keçirilən toy mərasimində qonaqların ona verdiyi “şabaş”ı gəlinin başına səpib.
Bahar Rüstəmli