
Bakıda qətl hadisəsi olub.
Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu ərazisində baş verib.
Rayon ərazisindəki çay evlərinin birində yaranan mübahisə zamanı 20 yaşlı Sabit Sadiq oğlu Həşimov və Nural Bünyadlı bir-birini bıçaqlayıb. Nəticədə ağır xəsarətlər alan Sabit Həşimov ölüb.
Məlumata görə, hadisə zamanı onları aralamaq istəyən daha bir nəfər də bıçaq xəsarətləri alıb. Həmin şəxs və N. Bünyadlı xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.