Xəbər lenti

Britaniya Müdafiə Nazirliyi 45 min ehtiyatda olan hərbçini tapa bilmir
Dünya18:39 27.11.2026

Britaniya Müdafiə Nazirliyi 45 min ehtiyatda olan hərbçini tapa bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük Britaniyanın Müdafiə Nazirliyi mümkün səfərbərliklə bağlı bildiriş göndərmək istədiyi təxminən 45 min ehtiyatda olan hərbçinin aktual ünvanını müəyyən edə bilmir.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, nazirlik strateji ehtiyat qüvvələrinə daxil olan təxminən 95-100 min keçmiş hərbçidən yarısının əlaqə məlumatlarını və yaşayış ünvanlarını yeniləyə bilməyib.

Qeyd olunur ki, Böyük Britaniyanın üç qoşun növünün rəhbərləri ilk dəfə Soyuq müharibə dövründən bəri keçmiş hərbçilərə müraciət ediblər. Onlardan əlaqə məlumatlarını yeniləmək, hazırda hansı sahədə çalışdıqlarını və hansı peşə bacarıqlarına malik olduqlarını bildirmək xahiş olunur. Həmçinin veteranlara hərbi təlimlərdə könüllü iştirak etmək təklif edilir.

Son dörd il ərzində ordudan tərxis olunan şəxslərə göndərilən məktuba cavab verdikləri təqdirdə 50 funt sterlinq (təxminən 65 dollar) ödəniş vəd olunur.

Söhbət fövqəladə hallarda yenidən hərbi xidmətə çağırıla bilən keçmiş peşəkar hərbçilərdən gedir. Onlar mülki şəxslərdən ibarət könüllü ehtiyat qüvvələrindən fərqli olaraq, qanunvericiliklə müəyyən edilmiş çağırış öhdəliyini saxlayırlar. Böyükmiqyaslı münaqişə zamanı bu qüvvələr aktiv ordudan və könüllü ehtiyatlardan sonra üçüncü müdafiə xətti hesab olunur.

Hazırda strateji ehtiyatda qalmaq üçün yaş həddi 55-dir. Lakin 2026-cı ilin sonunda qüvvəyə minməsi gözlənilən Silahlı Qüvvələr haqqında qanunla bu həddin 65 yaşadək artırılması planlaşdırılır.

Aydın