Xəbər lenti

Erməni terrorizminin psixoloji və kiber-manipulyasiya mexanizmləri araşdırılıb - Yeni kitab
Ölkə17:11 27.11.2026

Erməni terrorizminin psixoloji və kiber-manipulyasiya mexanizmləri araşdırılıb - Yeni kitab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müasir dövrün ən aktual qlobal təhdidlərindən biri olan terrorizmin, xüsusilə də erməni terrorizminin görünməyən psixoloji və ideoloji qatlarına işıq salan yeni fundamental elmi əsər işıq üzü görüb.

Qaynarinfo xəbər verir ki, tədqiqatçı-alim Südabə Hüseynovanın “Terrorizmin sosial-psixoloji tədqiqinin konseptual əsasları” adlı monoqrafiyası Bakıda, “Red N Line” nəşriyyatında 212 səhifə həcmində çapdan çıxıb.

Müəllif əsərdə terrorizm fenomeninə yalnız ənənəvi siyasi və ya hüquqi müstəvidə deyil, dərin sosial-psixoloji aspektdən yanaşaraq problemin konseptual əsaslarını tədqiq edib. Monoqrafiyada terrorizmin sosial-psixoloji tədqiqinin nəzəri-metodoloji bazası müasir elmi yanaşma olan sosial sinergetik konstruktivizm konsepsiyası çərçivəsində sistemli şəkildə araşdırılır.

Kitabda ümumi terrorizm və terrorçu psixologiyası ilə bağlı nəzəri araşdırmalardan çıxış edilərək, erməni terrorçusunun fərdi və kollektiv psixoloji portreti elmi əsaslarla təsvir olunur. Eyni zamanda, tədqiqatda erməni terrorizminin formalaşmasında və davamlılığında dini faktorun yeri xüsusi diqqət mərkəzində saxlanılır. Müəllif erməni kilsəsini bu terrorizmin əsas mənəvi-psixoloji və ideoloji təşviqçisi olaraq elmi müstəvidə təhlil edir.

Monoqrafiyanın mühüm bölmələrindən biri informasiya müharibəsi və media manipulyasiyalarına həsr olunub. Əsərdə erməni terrorçu qruplaşmalarının kütləvi informasiya vasitələrindən (KİV) cəmiyyətə təsir və sosial-psixoloji manipulyasiya aləti kimi istifadə mexanizmləri geniş şəkildə açılır. Xüsusilə Ermənistanın 30 illik işğal dövründə Azərbaycana qarşı apardığı informasiya müharibəsində və sosial-psixoloji təzyiq fəaliyyətində KİV-nin yeri və rolu elmi təhlillər əsasında qiymətləndirilir.

Müasir informasiya əsrinin çağırışlarına uyğun olaraq, nəşrdə fərdi və kollektiv formada həyata keçirilən erməni kiberterrorçuluğu və kiberhücumları da araşdırılır. Kitabda kiberməkanda həyata keçirilən bu hücumların xalqların psixoloji dayanıqlılığına təsir xüsusiyyətləri dərindən təhlil olunur.

“Terrorizmin sosial-psixoloji tədqiqinin konseptual əsasları” monoqrafiyası psixologiya, sosiologiya, fəlsəfə, tarix, hüquq və siyasi elmlər sahələrində çalışan alimlər, tədqiqatçılar, ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti üçün dəyərli elmi mənbədir. Əsər həmçinin informasiya təhlükəsizliyi, münaqişəşünaslıq və erməni terrorizminin tarixi-psixoloji kökləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.