Xəbər lenti

Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır"
Ekonomiks15:46 27.11.2026

Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır"

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda orta aylıq əməkhaqqı ilə dolanan vətəndaşlar 50 il ərzində pul yığmaqla Bakıda mənzil sahibi ola bilərlər.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc açıqlamasında deyib.

Onun sözlərinə görə, mənzil almaq üçün yığıma orta aylıq əməkhaqqının yalnız 30 faizini ayırmaq mümkündür:

“Söhbət ayda 1100 manat əməkhaqqı alan şəxslərdən gedir. Yığıma yalnız bunun 30 faizini ayırmaq olar. Çünki insan eyni zamanda qidalanmalı, digər gündəlik xərclərini də qarşılamalıdır. Bu qədər əməkhaqqı alanlar hər ay təxminən 350-400 manat kənara qoymalıdırlar. Bu da ildə təxminən 5 min manat edir. 5 min manatı 50 ilə vursaq, 250 min manat alınır. Amma orta aylıq əməkhaqqının tam məbləği hesablansa, bu rəqəm 750 min manat edər”.

Bahar Rüstəmli