Xəbər lenti

Azərbaycanlı şoumen məhkəmədə eks-xanımına uduzdu
Maqazin11:24 27.11.2026

Azərbaycanlı şoumen məhkəmədə eks-xanımına uduzdu

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin (Timur Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkina ilə aliment mübahisəsi üzrə məhkəmə prosesi başa çatıb.

Qaynarinfo xəbər verir ki, Moskvanın Presnenski Rayon Məhkəməsi noyabrın 26-da şoumenin keçmiş həyat yoldaşına aliment borcundan azad edilməsi ilə bağlı iddiasını təmin etməyib.

Timur Kərimov məhkəmədən keçmiş həyat yoldaşının saxlanılması üçün ödəməli olduğu aliment öhdəliklərinin dayandırılmasını və yaranmış borcun silinməsini istəyib. Lakin məhkəmə onun tələbini tamamilə rədd edərək Anna Devoçkinanın mövqeyini dəstəkləyib.

Qeyd edək ki, Timur Rodrigez və Anna Devoçkina 2007-ci ildə ailə qurublar. Cütlüyün bu nikahdan iki oğlu var. Ayrılığın səbəbi ilə bağlı Annanın şoumenin xəyanətlərinə eyham vurduğu bildirilsə də, Rodrigez bu iddiaları rədd edib. Bundan qısa müddət sonra sənətçi yeni sevgilisi Katya Kabakla ictimaiyyət qarşısına çıxmağa başlayıb.

Rodrigez və Kabakın 2023-cü ilin payızından münasibətdə olduğu bildirilir. 2025-ci ilin mayında şoumen Anna Devoçkina ilə 16 illik evliliyinə rəsmən son qoyub. Həmin vaxt Anna xaricdə olub və Timur telefon danışığı zamanı ona ayrıldıqlarını bildirib.

Rodrigez və Kabak bu ilin iyununda ailə qurublar.

Aydın