Xəbər lenti

Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi
Dünya00:00 27.11.2026

Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” klubunun prezidenti Serdal Adalı ilə telefon danışığı aparıb.

Qaynarinfo xəbər verir ki, Ərdoğan söhbət zamanı klubda baş verən prosesləri yaxından izlədiyini bildirib.

Telefon danışığının digər detalları açıqlanmayıb.
Qeyd edək ki, UEFA Avropa Liqasının əsas mərhələsində keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşması tribunada baş verən hadisələr səbəbindən 25-ci dəqiqədə dayandırılıb. Belə ki, “Beşiktaş” azarkeşlərinin əlindəki Fələstin bayraqları Gürcüstan polisi tərəfindən müsadirə edilib. Bu zaman stadionda insident yaşanıb.