Xəbər lenti

26 nəfərin öldüyü gəmi faciəsi: Daha bir Azərbaycan vətəndaşı saxlanıldı
Ölkə18:28 26.11.2026

26 nəfərin öldüyü gəmi faciəsi: Daha bir Azərbaycan vətəndaşı saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şimali Kipr Türk Respublikasında (ŞKTR) 26 nəfərin həyatını itirdiyi gəmi qəzası ilə bağlı istintaq çərçivəsində daha bir Azərbaycan vətəndaşı saxlanılıb.

Qaynarinfo xəbər verir ki, hadisə ilə əlaqədar axtarışda olan S.S. Qazimaqusa limanında saxlanılıb.

Türkiyə mətbuatının məlumatına görə, “Filo Jet” gəmisinin keçmiş heyət üzvü olan Azərbaycan vətəndaşı başqa şirkətə məxsus gəmi ilə Qazimaqusa limanına gəldikdən sonra ŞKTR ərazisinə daxil olmaq istəyərkən tutulub. O, Girnə Rayon Məhkəməsinə aparılıb. Məhkəmə istintaqın davam etdirilməsi üçün onun bir gün müddətinə həbsdə saxlanılması barədə qərar qəbul edib.

İstintaq materiallarına əsasən, S.S. gəminin çevrilməsinə səbəb olduğu ehtimal edilən zədəni ilk aşkar edən şəxs olub. O, iyunun 12-də sınığın fotosunu çəkərək gəminin ikinci kapitanı Merve Nur Seraslana göndərib. Azərbaycan vətəndaşı iyul ayında gəmidəki işindən ayrılıb.

Hazırda onun mobil telefonu istintaq çərçivəsində yoxlanılacaq. Xüsusilə gəmidəki zədə ilə bağlı göndərdiyi foto və yazışmaların araşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 26 nəfər ölüb, 239 nəfər xilas olunub. İtkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər saxlanılıb.

Başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində ittiham maddəsi dəyişdirilib. Cinayət işinin əvvəlində təqsirləndirilən şəxslərə qarşı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma" ittihamı irəli sürülsə də, bu gün ittiham "adam öldürmə" maddəsi ilə əvəzlənib.