
“Sabah” - “Barselona” oyunu zamanı ölən azarkeşlə bağlı yeni təfərrüat məlum olub.
Qaynarinfo “Bakuplus”a istinadən xəbər verir ki, rusiyalı azarkeş “Barselona”nın oyununu canlı izləmək arzusunu həyata keçirmək üçün Bakıya gəlibmiş.
Məlumata görə, mərhum Krasnoyarsk diyarının İqarka şəhərindən olan biznesmendir.
Onun həyat yoldaşı və iki azyaşlı övladı qalıb. A.Petrişevin həmçinin Moskvanın “Lokomotiv” klubunun azarkeşi olduğu bildirilir.
Qeyd edək ki, azarkeşin ölümünə ürəktutma səbəb olub.