
Dünyanın ən varlı şəxsi, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ-də yaşayan hər uşağa iki ədəd “SpaceX” səhmi verməyi vəd edib.
Qaynarinfo xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
“Amerikadakı hər uşağa iki SpaceX səhmi veriləcək. Onlardan biri şirkətdən, digəri isə şəxsən məndən olacaq”, – deyə milyarder bildirib.
“SpaceX”in açıqlamasına görə, şirkət aktiv “Trump Account” hesabına malik olan hər bir uşaq üçün yeni emissiya ediləcək A sinif səhmlərindən birini ayıracaq. İlon Mask da özünə məxsus səhmlərdən birini bu məqsədlə bağışlayacaq.
Qeyd edək ki, “Trump Account” proqramı 18 yaşına çatmamış ABŞ vətəndaşlarına səhm sahibi olmaq və erkən yaşlardan investisiya yığımı imkanı yaratmaq məqsədi daşıyır. Ağ Ev oktyabr ayında proqram çərçivəsində təxminən 70 milyon hesabın açıldığını açıqlamışdı.
Beləliklə, Mask əvvəlki vədini genişləndirərək hər uşağa bir deyil, iki “SpaceX” səhmi verəcəyini bildirib.
Aydın