Xəbər lenti

Bakı aeroportunda ər-arvad saxlanıldı: 22 min avroya ad-soyadlarını dəyişdiriblər
Ölkə10:14 26.11.2026

Bakı aeroportunda ər-arvad saxlanıldı: 22 min avroya ad-soyadlarını dəyişdiriblər

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Saxta pasportla Azərbaycana gələn İran vətəndaşları olan ər-arvad həbs ediliblər.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verib.

İran vətəndaşları olan ər və arvad 22 min avro ödəməklə saxta Rumıniya vətəndaşlığı pasportları alıb, adlarını dəyişdirərək Andrey Popesku və Yelena Popesku ediblər. Onlar həmin pasportlarla Azərbaycana gələrək buradan Avropa ölkələrindən birinə qaçmaq qərarı veriblər.

Ər-arvad İrandan təyyarə ilə Bakıya gəlsələr də, nəzarət-buraxılış məntəqəsində saxlanılıblar. Araşdırmalarla onların Urmiyadan gələn İran vətəndaşları olduqları və saxta pasport əldə etdikləri məlum olub. Hər iki şəxs saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Andrey Popesku 1 il 7 ay, Yelena Popesku isə 1 il 2 ay azadlıqdan məhrum ediliblər.