
Stilist Vlad Lisovets qış mövsümündə polo köynəklərdən istifadə ilə bağlı tövsiyələrini bölüşüb. Onun fikrincə, bu mövsüm həm bədənə oturan, həm də nisbətən sərbəst modellər aktualdır.
Qaynarinfo xəbər verir ki, stilist bu barədə öz bloqunda yazıb.
Lisovetsin sözlərinə görə, həddindən artıq böyük ölçülü (oversize) geyimlər artıq əvvəlki populyarlığını itirib. Buna görə də polo seçərkən geyimin bədən üzərində düzgün dayanmasına və formasını qorumasına diqqət yetirmək lazımdır.
O bildirib ki, qolların uzunluğu ilə bağlı xüsusi məhdudiyyət yoxdur. Həm qısa, həm də uzunqollu modellər dəbdədir. Dizayn baxımından isə zolaqlı polo köynəklərlə yanaşı, sadə rəngli, üzərində minimal yazılar və ya naxışlı tikmələr olan variantlar da aktualdır.
Stilist obraz yaradarkən geyimlərin teksturasına xüsusi diqqət yetirməyi məsləhət görüb. Onun fikrincə, hamar parçadan hazırlanmış polo köynəkləri məxmər, tvit, qalın cins və hətta payetli geyimlərlə uyğunlaşdırmaq mümkündür. Alternativ olaraq, krujeva və gipür kimi qeyri-adi materiallardan hazırlanmış polo modellərinə üstünlük vermək olar.
Lisovets daha əvvəl qış aylarında xəz geyimləri şaxtalar başlamazdan əvvəl də istifadə etməyin mümkün olduğunu bildirmişdi. Bununla yanaşı, o, xalatı xatırladan, bədənə kip oturan xəz modellərindən uzaq durmağı tövsiyə etmişdi.
Aydın