
Əməkdar artist Firuzə İbadovanın səhhətində hələ də irəliləyiş yoxdur.
Qaynarinfo xəbər verir ki, bunu müğənninin qızı Hülya İbadova anasının səhhəti ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, həkimlər Firuzə İbadovanın səhhətinin zamanla yaxşılaşa biləcəyini deyiblər.
“İki dəfə ardıcıl əməliyyat olunub. Hər iki əməliyyat da çətin keçib. Hazırda əməliyyat olunan nahiyədə açıq yara var və hər gün təmizlənir”, – deyə Hülya İbadova bildirib.
O, aidiyyəti qurumların indiyədək anasının səhhəti ilə maraqlanmadığını da vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Əməkdar artist Firuzə İbadovanın səhhəti ağırlaşıb. Müğənni ard-arda iki əməliyyat keçirib.
Bahar Rüstəmli