Xəbər lenti

Tərtərdə tələbələr üçün könüllülük təlimi keçirildi (FOTO)
Ölkə16:09 26.11.2026

Tərtərdə tələbələr üçün könüllülük təlimi keçirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

​Tərtərdə “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü və Tərtər Peşə Məktəbinin dəstəyi ilə tələbələr üçün “Pərdəarxası: könüllülük” adlı maarifləndirici təlim təşkil olunub.

​Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

​Tərtər Peşə Məktəbinin direktor müavini Bəhruz Nəzərov çıxışında tələbələr üçün ödənişsiz keçirilən belə görüşlərin gənclərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, könüllülüyün təşviqinin, tələbələrin sosial fəallığının artırılmasının və bu sahədə maarifləndirmə işlərinin vacibliyini qeyd edib.

​Daha sonra “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev yaradılan şəraitə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirib. Təlimçi könüllülüyün mahiyyəti, gənclərin şəxsi inkişafındakı rolu və bu sahədə yaranan imkanlar barədə ətraflı danışıb.

​Görüş zamanı dünya könüllülər hərəkatı və Azərbaycanda könüllülük tarixindən bəhs edən Emin Tarverdiyev 5 dekabrın Ümumdünya Könüllülər Günü olduğunu diqqətə çatdırıb, həmçinin “Vətən Bağı” könüllülərinin fəaliyyəti və icra etdikləri layihələr barədə məlumat verib.

​Tədbirin sonunda “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi adından hərbi jurnalist Səxavət Məmmədin Vətən müharibəsindən bəhs edən “Savaş və Duman” kitabı təhsil müəssisəsinin kitabxanasına hədiyyə edilib. Təlim iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.