Xəbər lenti

Namizəd Səfərova 7 il həbs cəzası verildi
Ölkə14:14 26.11.2026

Namizəd Səfərova 7 il həbs cəzası verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib.

Qaynarinfo-nun "Report"a istinadən məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı onun 8 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, N.Səfərovu 2025-ci il dekabrın 9-u polis əməkdaşları saxlayıb.

O, vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

N.Səfərovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.