Xəbər lenti

Makron Aİ sammitində İspaniyanı təmsil edəcək
Dünya16:40 26.11.2026

Makron Aİ sammitində İspaniyanı təmsil edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa Prezidenti Emmanuel Makron İspaniyanın Baş naziri Pedro Sançesin səlahiyyətləri əsasında ölkəni noyabrın 26-27-də Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində təmsil edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Nəşrin yazdığına görə, Makronun İspaniyanı təmsil etməsi iki lider arasında mövcud olan yaxın şəxsi münasibətlər və möhkəm siyasi əlaqələrlə bağlıdır.

Pedro Sançes isə İspaniyada noyabrın 29-na təyin edilmiş növbədənkənar parlament seçkilərinə hazırlıqla əlaqədar sammitdə iştirak edə bilməyəcək.

Xatırladaq ki, İspaniyanın baş naziri oktyabrın 5-də parlamentin buraxıldığını elan etmişdi. O, qərarını ölkədə bir çox vətəndaşın hakimiyyətin fəaliyyətindən narazı olması və hökumətin qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirə bilməməsi ilə əsaslandırmışdı.

Sançes xüsusilə sosial bərabərsizliyin azaldılması, dövlət xidmətlərinin inkişafı və mənzilə əlçatanlığın təmin olunması sahələrində problemlərin qaldığını bildirmişdi. Baş nazir yeni islahatların həyata keçirilməsi üçün hökumətin ictimai dəstəyini yeniləməli və genişləndirməli, parlamentdə isə daha böyük mütərəqqi çoxluq formalaşdırmalı olduğunu vurğulamışdı.

Aydın