Xəbər lenti

Bakıda ev yandı
Ölkə20:14 26.11.2026

Bakıda ev yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Xanlar küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Qaynarinfo xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 400kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin mətbəxində baş vermiş yanğın genişlənərək evin digər otaqlarına yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin mətbəxinin yanar konstruksiyaları 20kv.m. sahədə və dam örtüyünün taxta atmaları 1kv.m. sahədə yanıb.

Fərdi yaşayış evinin böyük hissəsi və yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.