Xəbər lenti

Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək
İdman09:18 27.11.2026

Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasında XIII tura bu gün start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk olaraq "Şəfa" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. "İmişli" 12 xalla 8-ci, "Şəfa" 5 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Neftçi" "Zirə"ni qəbul edəcək. "Palms Sports Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Ağ-qaralar" 27 xalla turnir cədvəlinin lideridir. Qəsəbə təmsilçisi 20 xalla 5-ci sırada yer alıb.

Misli Premyer Liqası

XIII tur

II dövrə

27 noyabr

14:30. "İmişli" – "Şəfa"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Nicat İsmayıllı

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Yevlax şəhər stadionu

19:00. "Neftçi" – "Zirə"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov

VAR: Kamal Umudlu

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

"Palms Sports Arena"

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında XIII tura noyabrın 29-da yekun vurulacaq.