Xəbər lenti

"Vogue" ilin ən dəbli cütlüyünü elan etdi
DƏB17:47 27.11.2026

"Vogue" ilin ən dəbli cütlüyünü elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Britaniyanın nüfuzlu moda jurnalı “Vogue” 2026-cı ilin ən dəbli cütlüyünü müəyyənləşdirib. Reytinqə Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middleton başçılıq edir.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalın rəsmi saytında məlumat dərc olunub.

Nəşrin redaktorları Keyt Middletonun zərif geyim tərzini və tədbirlərdə seçdiyi obrazları xüsusi vurğulayıblar. Onların fikrincə, Keytin dəbdəbəli ziyafət libaslarını ailə kolleksiyasından olan parlaq aksessuarlarla tamamlaması onun üslubunu daha da fərqləndirir.

Reytinqin ikinci pilləsində müğənni Dua Lipa və həyat yoldaşı, aktyor Kallum Törner qərarlaşıb.

Jurnal redaktorları Dua Lipanın “Chanel” moda evinə məxsus gəlinlik libasını ilin ən uğurlu toy obrazlarından biri hesab ediblər. Kallum Törnerin isə “Louis Vuitton” kostyumunda seçilən görünüşünü xüsusi qeyd ediblər.

Xatırladaq ki, “Vogue” nəşrinin İtaliya redaksiyası bu ilin yayında mikrotopları mövsümün əsas moda trendlərindən biri elan etmişdi.

Aydın