Xəbər lenti

Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
İdman21:06 27.11.2026

Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasının XIII turunda "Neftçi" "Zirə"yə qalib gəlib.

Qaynarinfo xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyun "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib.

Ev sahiblərinin heyətində Breno Almeyda fərqlənib. O, 8-ci dəqiqədə Lyubomir Tuptanın ötürməsini saxlamadan birbaşa qapıya göndərib.

Ardıcıl dördüncü qələbənin ardından xallarının sayını 30-a çatdıran "Neftçi" turnir cədvəlində liderliyini möhkəmləndirib. "Zirə" isə 20 xalla beşincidir.

Xatırladaq ki, turun açılış matçında "Şəfa" "İmişli"yə 3:1 hesabı ilə qalib gəlib.