Xəbər lenti

Sumqayıtda zavodda partlayış oldu - VİDEO
Ölkə22:40 27.11.2026

Sumqayıtda zavodda partlayış oldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda sənaye müəssisələrindən birində partlayış qeydə alınıb.

Qaynarinfo Musavat.com-a istinadla xəbər verir ki, hadisə şəhərin Tuq Zavod qəsəbəsində fəaliyyət göstərən "Metaltexnoloji" MMC-nin ərazisində baş verib.

Alovun söndürülməsi və hadisənin qarşısının alınması üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.