Xəbər lenti

İdman zalına getmədən formada qalmaq mümkündür - Daha rahat alternativ
Sağlamlıq16:54 28.11.2026

İdman zalına getmədən formada qalmaq mümkündür - Daha rahat alternativ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İdman zalında ağır məşqlər etmək istəməyənlər üçün daha rahat və əlçatan alternativ var. Mütəxəssislər hesab edirlər ki, müntəzəm piyada gəzinti fiziki formanı qorumağa, ürək-damar sistemini gücləndirməyə və bir sıra xəstəliklərin riskini azaltmağa kömək edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın "elEconomista" nəşri məlumat yayıb.

Son dövrlər piyada gəzinti sağlam həyat tərzinin qorunması üçün populyar fiziki aktivlik növlərindən birinə çevrilib. Bu fəaliyyət ürək və ağciyərlərin işini yaxşılaşdırır, çəkiyə nəzarət etməyə, qan dövranını sürətləndirməyə, sümük və əzələləri möhkəmləndirməyə kömək edir. Eyni zamanda, müntəzəm gəzinti xroniki xəstəliklərin yaranma riskini də azalda bilər.

Gəzintinin faydaları bununla məhdudlaşmır. O, stressin azalmasına, əhval-ruhiyyənin yüksəlməsinə, yaddaşın və yuxu keyfiyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. Bundan başqa, həzm sisteminin fəaliyyətinə, bədən duruşuna və fiziki dözümlülüyə də töhfə verir.

Məşqçi və dietoloq Blanka Pombalın sözlərinə görə, piyada gəzmək xüsusi avadanlıq tələb etmir və həm gənclər, həm də yaşlı insanlar üçün əlverişli fiziki aktivlikdir. Bununla belə, nəticə əldə etmək üçün gəzintinin müddətinə və sürətinə diqqət yetirmək lazımdır.

Mütəxəssis gündəlik gəzintinin ən azı 30 dəqiqə fasiləsiz davam etməsini və saatda təxminən 5 kilometr sürətlə həyata keçirilməsini tövsiyə edir.

Pombalın fikrincə, əsas məqam gəzinti zamanı tempin sabit saxlanılması və tez-tez fasilələr verilməməsidir.

Beləliklə, idman zalına getməyə vaxtı və ya həvəsi olmayan insanlar gündəlik gəzintiləri həyat tərzlərinə daxil etməklə fiziki aktivliklərini artıra bilərlər.

Aydın