Xəbər lenti

Poçettino da "Mançester Yunayted" üçün çarə olmadı - Tarixi çöküş davam edir
İdman12:21 29.11.2026

Poçettino da "Mançester Yunayted" üçün çarə olmadı - Tarixi çöküş davam edir

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Maurisio Poçettinonun rəhbərliyi altında da uğursuz çıxışını davam etdirir. Komanda Premyer Liqanın 12-ci turunda doğma meydanda “Brentford”a 0:4 hesabı ilə məğlub olub.

Qaynarinfo xəbər verir ki, “Old Trafford”da keçirilən qarşılaşmada qonaqların heyətində Kallum Vilson 19 və 32-ci dəqiqələrdə, Kristoffer Ayer 82-ci, Kevin Şade isə 90+1-ci dəqiqədə fərqlənib.

Bu məğlubiyyətdən sonra “Mançester Yunayted”in qələbə həsrəti 10 matça yüksəlib. Cəmi 8 xalı olan komanda turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. “Brentford” isə xallarının sayını 20-yə çatdıraraq beşinci sıraya yüksəlib.

“Brentford”la görüşdə aldığı ağır məğlubiyyət “Mançester Yunayted” üçün daha bir mənfi rekordla yadda qalıb. İngiltərə klubu Premyer Liqa tarixində ardıcıl altı hissədə qapısında ən azı iki qol görən ilk komanda olub.

“Qırmızı şeytanlar”ın ümumi statistikası da ciddi narahatlıq doğurur. Komanda son 14 rəsmi matçında cəmi bir qələbə qazanıb, son 18 qarşılaşmada isə qapısından 40 top keçirib.

Bundan başqa, “Mançester Yunayted” hazırda Avropanın beş aparıcı çempionatında bütün turnirlər nəzərə alınmaqla ən çox qol buraxan komanda kimi göstərilir.

Aydın