Xəbər lenti

Xəzər sahillərində yenidən ölü suitilər aşkarlandı
Dünya22:50 12.10.2026

Xəzər sahillərində yenidən ölü suitilər aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində 10-dan çox ölü suiti aşkarlanıb. Heyvanların ölüm səbəbləri hələlik məlum deyil.

Qaynarinfo Qazaxıstan mediasına istinadla xəbər verir ki, suitilərin cəsədlərini Aktau şəhərinin sakini Bautino kəndi yaxınlığında aşkar edib. Onun sözlərinə görə, ölü suitilər sahilboyu təxminən 2,5-3 kilometrlik ərazidə olub.

Qadın aşkar etdiyi ölü suitilərin fotolarını yerli nəşrə göndərib.

Qeyd edək ki, Qazaxıstanın Xəzər sahillərində əvvəllər də oxşar hallar qeydə alınıb. Bu ilin yazında həmin ərazidə yüzlərlə ölü suiti aşkarlanmışdı.