Xəbər lenti

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi (FOTO)
Siyasət22:28 12.10.2026

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Pakistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov etimadnaməsini bu ölkənin Prezidenti Asif Əli Zərdariyə təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Səfirlikdən bildirilib.

Məlumata görə, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir İrfan Davudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan Prezidenti Asif Əli Zərdariyə çatdırıb.

Səfiri təyinatı münasibətilə təbrik edən Zərdari, Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Pakistan prezidenti görüş zamanı iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsini vurğulayıb. O, siyasi əlaqələrin iqtisadi əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasının vacibliyini qeyd edib.

Səfir İrfan Davudov Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini vurğulayaraq, Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi diqqətə çatdırıb və bu ölkənin hökumətinə və xalqına təşəkkürünü ifadə edib.

Görüşdə, həmçinin yüksəksəviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət, qarşılıqlı investisiya, təhsil, turizm və s. sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.