Xəbər lenti

"Microsoft"un reklam platformu 12 milyon avro cərimələndi
Dünya16:35 12.10.2026

"Microsoft"un reklam platformu 12 milyon avro cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Norveçdə şəxsi məlumatları icazəsiz paylaşdığı iddia edilən “Microsoft”un reklam platforması “Xandr”a 12 milyon avro cərimə tətbiq olunması barədə qərar qəbul edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Norveçin Məlumatların Mühafizəsi Qurumunun yaydığı açıqlamada bildirilib.

Qurumun məlumatına görə, “Xandr” həssas şəxsi məlumatları istifadəçilərin icazəsi olmadan paylaşıb. Norveçin Məlumatların Mühafizəsi Qurumunun direktoru Line Koll pozuntuların son dərəcə ciddi olduğunu bildirib. O qeyd edib ki, bu, qurumun indiyədək tətbiq etdiyi ən yüksək məbləğli cərimədir.

Kollun sözlərinə görə, baş verənlər Norveçdə minlərlə istifadəçiyə mənfi təsir göstərib və onların şəxsi məlumatları qanunsuz istifadəyə məruz qalıb.

Norveçin NRK telekanalının məlumatına əsasən, “Microsoft” rəsmisi istifadəçilərin məxfiliyinin şirkət üçün vacib olduğunu bildirib. O, qeyd olunan pozuntuların “Microsoft”un “Xandr”ı satın almasından əvvəl baş vermiş ola biləcəyini deyib.

Şirkət nümayəndəsi cərimə ilə bağlı qərarı araşdırdıqlarını da vurğulayıb.

Günay