Xəbər lenti

Azərbaycanda bahalaşan məhsullar açıqlandı (SİYAHI)
Ekonomiks16:06 12.10.2026

Azərbaycanda bahalaşan məhsullar açıqlandı (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5.7 faiz artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6.9 faiz, qeyri-qida məhsulları 3.7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5.5 faiz bahalaşıb.

Cari ilin sentyabr ayında istehlak qiymətləri avqust ayı ilə müqayisədə 0.9 faiz, 2025-ci ilin sentyabr ayına nisbətən isə 5.5 faiz artıb.

Sentyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ayla müqayisədə 1.4 faiz, ötən ilin eyni ayına nisbətən isə 6.9 faiz yüksəlib.