
Bəzi marşrut avtobuslarının hərəkət istiqamətində gecikmələr müşahidə olunur.
Söhbət 107,131,189,172 saylı maşrtut avtobuslarından gedir.
Sakinlər deyir ki, yenə gündüz gecikməylə də olsa evə gedib çıxmaq olur, axşam düşən kimi avtobuslar da qəhətə çıxır.
Digər daşıyıcı şirkətlərdən isə bildirilib ki, bu gecikmələr tək bir marşrut üzrə deyil, bütün marşrut xətləri üzrə olur ki, bu da səhər və axşam saatlarında yollardakı vəziyyətlə bağlıdır. Hətta, gecikmələrin qarşısını almaq üçün 131 saylı marşrut xəttində avtobusların sayı da artırılıb.//Xəzər TV