
Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda tur avtobusu ilə evakuatorun toqquşması nəticəsində 11 nəfər həyatını itirib, 27 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, qəza Gebze-Orhangazi-İzmir avtomobil yolunun Akhisar ödəniş məntəqəsi yaxınlığında baş verib.
Manisa Valiliyinin açıqlamasına görə, saat 11:11-də Bursa şəhərindən İzmir istiqamətində hərəkət edən tur avtobusu ilə evakuatorun iştirakı ilə qəza baş verdiyi barədə məlumat daxil olub. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürmə və polis əməkdaşları göndərilib.
Qəza nəticəsində xəsarət alanlar hadisə yerindən xəstəxanalara çatdırılıb. Əraziyə cəlb olunan xilasedicilər və digər qurumların əməkdaşları müdaxilə tədbirlərinə başlayıblar.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi də hadisə ilə bağlı açıqlama verib. O, sosial şəbəkə hesabında ilkin məlumatlara əsasən 11 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını bildirib.
Nazir hadisənin bütün aidiyyəti qurumlarla birlikdə yaxından izlənildiyini qeyd edib.
Aydın
